ABŞ prezidenti Donald Tramp Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevlə telefon söhbətinin uğurlu keçdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, Tramp bunu Ağ Evdən ABŞ Açıq Çempionatının kişi tennis finalına yollanarkən bildirib.
Prezident həmçinin Qazaxıstana səfər etmə imkanını istisna etməyib:
“Mən bunu edə bilərəm”, – deyə Tramp sual verildikdə cavab verib.
O, Tokayevə salamlarını çatdırmağı da tapşırıb:
“Onun üçün salam deyin. O, yaxşı insandır”, – deyə ABŞ lideri vurğulayıb.
Musavat.com