AZ

“İtaliya Qran-prisində qələbə qazanmaq çox xoşdur”

“Red Bull” komandasının pilotu Maks Verstappen İtaliya Qran-prisində əldə etdiyi qələbəni şərh edib.

90deqiqe.Az xəbər verir ki, niderlandlı pilot bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Bizim üçün əla gün oldu. İlk dövrədə bir qədər bəxtimiz gətirmədi, amma sonra sadəcə uçurduq. Maşın möhtəşəm idi, ilk hissədə tempi qorumağı bacardım. Pit-stopu düzgün vaxtda etdik və yarışın sonuna yaxın sərt təkərlərdə daha çox hücum edə bildim.

Komandamız fantastik iş gördü, bütün həftəsonu mübarizədə olduq. Burada qalib gəlmək çox xoşdur”

Xatırladaq ki, yarışda ikinci yeri “MakLaren” pilotu Lando Norris, üçüncü yeri isə onun komanda yoldaşı Oskar Piastri tutub.

Seçilən
17
90deqiqe.az

1Mənbələr