Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının gələcəyi ilə bağlı kəskin açıqlama verib.
Musavat.com xəbər verir ki, o, yaxın illərdə Aİ-nin ciddi sarsıntılarla üzləşəcəyini bildirib.
Orbanın sözlərinə görə, mövcud gedişat davam edərsə, 2035-ci ildən sonra ümumi büdcənin qəbul edilməsi mümkünsüz olacaq:
“Avropa İttifaqı tarixdə nəcib bir eksperimentin məyusedici nəticəsi kimi qalacaq”, – deyə baş nazir vurğulayıb.
O həmçinin Ukraynanın Aİ-yə və NATO-ya üzv olmaması gərəkdiyini bildirib:
“Aİ hazırda ‘axsaq ördək’ kimi davranır. Ukraynanın təhlükəsizlik zəmanətləri ABŞ-la deyil, Rusiya ilə müzakirə olunmalıdır”, – deyə Orban əlavə edib.
Musavat.com