“Red Bull” komandasının pilotu Maks Verstappen Formula-1 üzrə İtaliya Qran-prisində qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, yarışı ikinci pillədə “MakLaren”in sürücüsü Lando Norris başa vurub. Onun komanda yoldaşı Oskar Piastri isə üçüncü olub. Maraqlıdır ki, Norris uzun müddət ikinci yerdə gedirdi, lakin pit-stopda çox vaxt itirərək mövqeyini Piastriyə verdi.
Daha sonra “MakLaren” radioda gənc pilota göstəriş verərək komanda yoldaşına yerini qaytarmasını tələb edib.
“Ferrari”nin yeddiqat dünya çempionu Lüis Hemilton isə finiş xəttini altıncı pillədə keçib.
Formula-1, İtaliya Qran-prisi — yarış nəticələri:
Maks Verstappen (“Red Bull”) — 72 dövrə
Lando Norris (“MakLaren”) +19.207
Oskar Piastri (“MakLaren”) +21.351
Şarl Lekler (“Ferrari”) +25.624
Corc Rassell (“Mercedes”) +32.881
Lüis Hemilton (“Ferrari”) +37.449
Aleksandr Albon (“Villiams”) +50.537
Qabriel Bortoletto (“Kick-Sauber”) +58.484
Andrea Kimi Antonelli (“Mercedes”) +59.762
İsak Hacar (“Racing Bulls”) +1:03.891
Karlos Sains (“Villiams”) +1:04.469
Oliver Berman (“Haas”) +1:19.288
Yuki Tsunoda (“Red Bull”) +1:20.701
Liam Lawson (“Racing Bulls”) +1:22.351
Esteban Okon (“Haas”) +1 dövrə
Pyer Qasli (“Alpine”) +1 dövrə
Franko Kolapinto (“Alpine”) +1 dövrə
Ləns Stroll (“Aston Martin”) +1 dövrə
Fernando Alonso (“Aston Martin”) — yarışı yarımçıq tərk edib
Niko Hülkenberq (“Kick-Sauber”) — starta çıxmayıb