Neft hasilatının könüllü azaldılmasında iştirak edən səkkiz OPEC+ ölkəsinin nazirləri bugünkü iclasda oktyabrda hasilatın sutkada 137 min barel artırılması barədə qərar qəbul ediblər.
Musavat.com OPEC-in yaydığı açıqlamaya istinadən xəbər verir ki, gələn ay Rusiya və Səudiyyə Ərəbistanının kvotaları sutkada 42 min barel, İraqda 17 min barel, BƏƏ-də 12 min barel, Küveytdə 11 min barel, Qazaxıstanda 6 min barel, Əlcəzairdə 4 min barel, Omanda 3 min barel artırılıb.
OPEC-in məlumatına görə, bu qərar qlobal iqtisadiyyatın sabit perspektivi və aşağı neft ehtiyatlarında ifadə olunan əlverişli bazar konyukturasını nəzərə alaraq qəbul edilib.
Bəyanatda vurğulanıb ki, ümumilikdə 1,65 milyon barellik məhdudiyyətlər bazarın vəziyyətindən asılı olaraq erkən - qismən və ya tamamilə aradan qaldırıla bilər.
OPEC+ 8 üzvünün növbəti iclası oktyabrın 5-də keçiriləcək.
Qeyd edək ki, iclasdan əvvəl Bloomberg Səudiyyə Ərəbistanının bazar payını bərpa etmək üçün son illərdə könüllü azaldılmış hasilat həcmlərinin daha sürətlə qaytarılmasını tələb edir.
OPEK+ üzvlərinin bugünkü qərarının neft bazarında qiymətlərə ciddi azaldıcı təsir göstərəcəyi gözlənilir.
Musavat.com