"Formula 1" üzrə İtaliya Qran-prisi başa çatıb və yarışın qalibi müəyyənləşib.
Far.Az xəbər verir ki, "Red Bull"un sürücüsü Maks Ferstappen finiş xəttini birinci keçərək mövsümdə daha bir qələbə qazanıb.
"McLaren" pilotları da podiuma yüksəlib – Lando Norris ikinci, Oskar Piastri isə üçüncü yeri tutub.
Xatırladaq ki, mövsümün növbəti mərhələsi – Azərbaycan Qran-prisi sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək.