2025/2026 mövsümü üzrə II Liqaya start verilib. 

Offsideplus.az xəbər verir ki, ilk turun bütün oyunlarının nəticələri bəlli olub. "Göygöl" "Araz Saatlı" ilə 1:1 hesablı heç-heçə edib. 

"Şəmkir" "Şirvan"ı 2:1, "Quba" "Qaradağ Lökbatan"ı 2:0, "Şəki Siti" "Ağstafa"nı 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. 

"Kür-Araz" "Ağdaş"la "sülh"ə razılaşıb: 1:1.

Turun darmadağınını isə "Xankəndi" edib. Kollektiv "Dinamo"ya 4 cavabsız qolla qalib gəlib: 4:0.