AZ

Rusiyada deputatlığa namizəd göstərilən Asif Məmmədov KİMDİR... - DOSYE

 

Xəbər verdiyimiz kimi, İvanovo vilayəti Azərbaycan diasporunun rəhbəri, Asif Abilfət oğlu Məmmədov “Yedinaya Rossiya” partiyasının siyahısı ilə səkkizinci çağırış Şəhər Dumasına deputatlığa namizəd göstərilib.

Musavat.com Asif Məmmədoun dosyesini oxucularına təqdim edir:

Asif Məmmədov 1971-ci il dekabrın 14-də Füzuli rayonunun Mandılı kəndində anadan olub.

O, iqtisadçı-menecer ixtisası üzrə ali təhsil alıb. İvanovo Dövlət Tekstil Akademiyasında təhsilini tamamlayıb.

Diaspora rəhbəri hazırda ASC "Revis" şirkətində menecer vəzifəsində çalışır. Məmmədov həm “Vendor” MMC, həm də “Titul-M” MMC şirkətlərinin direktoru kimi qeyd olunur.

Bundan əlavə, o, İvanovo vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti RQƏ və İvanovo şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatına rəhbərlik edir.

Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr