AZ

“Bəlkə də bundan sonra heç vaxt dünya çempionu olmayacam”

“Red Bull”un pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatında 5-ci dəfə qalib gəlmək şansını qiymətləndirib: “Düşünürəm ki, nə vaxtsa təsəvvür etdiyimlə müqayisədə daha çox şeyə nail olmuşam. Əbəyyə, indiyə qədər qazandığım uğurlara görə məmnunam. Kim bilir, bəlkə də bundan sonra heç vaxt dünya çempionu olmayacam. Belə ola bilər. Ancaq indiki məqamda bununla bağlı heç nə düşünmürəm”.
Cari mövsümün arxada qalan 18 mərhələsindən sonra 27 yaşlı niderlandlı pilot 205 xalla şəxsi hesabda 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 309 xalla “Maklaren”in pilotu Oskar Piastri başçılıq edir. Piastrinin komanda yoldaşı Lando Norris isə 275 xalla 2-ci pillədə qərarlaşıb.

Seçilən
97
football-plus.az

1Mənbələr