...Ukrayna Silahlı Qüvvələrini tənqid edən ukraynalı jurnalist Oleksandr Taxtay Sumıda öldürülüb.
SİA xəbər verir ki,bu barədə Rusiya təhlükəsizlik orqanları məlumat yayıb.Məlumdur ki, bir ay əvvəl Taxtayın həyatına qəsd edilib.
Bu barədə RİA Novosti-yə mənbə məlumat verib.
Oleksandr Taxtay Sumı Regional Dövlət Administrasiyasının, polisin və Ukrayna Silahlı Qüvvələrinin rəhbərlərinin işini araşdırırdı.
Jurnalist Sumı vilayətində müdafiə istehkamlarının tikintisindən qazanc əldə edən insanlar və şirkətlər haqqında məlumat dərc etdikdən sonra Ukrayna təhlükəsizlik qüvvələrinin diqqətini cəlb edib.
Taxtay dəfələrlə Ukrayna Silahlı Qüvvələrinin komandanlığını və ordusunu tənqid edib....
Əli Babayev