AZ

Türkiyə hökuməti növbəti üç il üzrə iqtisadi prioritetləri açıqlayacaq

Türkiyə hökuməti 2026-2028-ci illəri əhatə edən Ortamüddətli İqtisadi Proqramı təqdim edəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ölkənin vitse-prezidenti Cevdət Yılmaz qarşıdakı üç il üzrə ümumi daxili məhsulun (ÜDM) artımı, inflyasiya və struktur islahatlarına dair hədəflər barədə ictimaiyyətə məlumat verəcək.

Ortamüddətli İqtisadi Proqram Türkiyə Prezident Administrasiyasının Strateji və Büdcə İdarəsi ilə Xəzinə və Maliyyə Nazirliyi tərəfindən birgə hazırlanıb. Prezident Rəcəb Tayyib Ərdoğan təsdiqlədikdən sonra sənəd hökumətin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc ediləcək.

Bazar günü sosial şəbəkələrdə etdiyi paylaşımında C.Yılmaz bildirib ki, Ortamüddətli İqtisadi Proqram ölkənin makroiqtisadi göstəriciləri, həmçinin regional və qlobal iqtisadi proseslər nəzərə alınmaqla ərsəyə gətirilib. “Yeni iqtisadi proqramın əsas hədəfləri inflyasiya səviyyəsinin azaldılması, ÜDM-in sabit artımı, uzunmüddətli sosial rifahın təmin olunması, 2023-cü ildə baş verən zəlzələlərin fəsadlarının tam aradan qaldırılmasıdır. Türkiyə dünya dövlətləri ailəsində layiqli yerini tutacaq”, – deyə vitse-prezident vurğulayıb.

Seçilən
0
3
sia.az

4Mənbələr