AZ

İndi də rusları arağa da tamarzı qoymaq istəyirlər..?

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Rusiya Federasiyasının müxtəlif regionlarında spirtli içkilərin satışı qaydaları sərtləşdirilib...

Rusiya spirtli içkilərin satışına nəzarəti gücləndirir. Məhdudiyyətlər daha da sərtləşə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İrkutsk vilayətinin Katangski rayonunun Hamakar kəndində spirtli içki almaq asan deyil.

Burada yalnız cümə günləri saat 17:00-dan 20:00-a kimi satılır.

Amma deyim ki, ən sərt qaydalar Vologda bölgəsində qüvvədədir. 2025-ci il martın 1-dən etibarən mağazalarda spirtli içkilər yalnız həftə içi saat 12:00-dan 14:00-dək alına bilər.

Həftə sonları və bayram günlərində satışlar məhdudlaşdırılmır.

Kafe və restoranlarda spirtli içkilər məhdudiyyətsiz satıla bilər.

Xantı-Mansi Muxtar Dairəsində - Yuqrada saat 20:00-dan 8:00-a qədər spirt almaq olmaz. Kalininqrad vilayətində iaşə obyektlərində və evlərdə saat 23:00-a qədər spirt almaq olar. Adi mağazalarda - 11:00-dan 21:00-a qədər.

Sankt-Peterburqda sentyabrın 1-dən səhər saat 22:00-dan səhər saat 11:00-a qədər evlərdə spirtli içkilərin satışı qadağan edilib.

Sentyabrın 5-də Kamçatka qubernatoru Solodov bölgədə spirtli içkilərin satışı qaydalarının sərtləşdirildiyini açıqlayıb. İndi çoxmənzilli binalarda onu almaq mümkün deyil.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sia.az

2Mənbələr