“Arsenal”ın zədəli futbolçusu Villiam Salibanın durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, fransalı müdafiəçi Premyer Liqanın III turunda “Liverpul”la keçirilən görüşdə (0:1) xəsarət alıb.
Klubun açıqlamasına əsasən, 24 yaşlı oyunçu təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Saliba bu mövsüm Premyer Liqada 3 oyunda meydana çıxıb.
Fransalı yarımmüdafiəçi “Əl-Əhli”də - RƏSMİ
“Yunayted”in qolkiperi Türkiyə yolunda
“Yunayted”in ən yaxşısı bəlli olub
Viktor Osimhen zədələndi
Ernest Muçi rəsmən “Trabzonspor”da