AZ

Emin Ağalarov “Port d’Azur” layihəsinin açılışını etdi – Sea Breeze tarixində bir ilk

Tanınmış iş adamı və müğənni Emin Ağalarov (Emin Agalarov) “Sea Breeze” kompleksində daha bir böyük layihənin – “Port d’Azur” satış ofisinin açılışını edib.

Musavat.com xəbər verir ki, Açılış mərasimində iş dünyasının nümayəndələri, layihənin rəhbərləri və dəvətli qonaqlar iştirak ediblər. Emin Ağalarov qısa çıxışında bildirib ki, bu açılış Sea Breeze tarixində və ümumilikdə şirkətin fəaliyyəti ərzində misli görünməmiş bir hadisədir. Onun sözlərinə görə, indiyədək heç vaxt bu qədər möhtəşəm və genişmiqyaslı layihə reallaşdırılmayıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Ağalarov layihə komandasına təşəkkür edərək, “neçə-neçə zoom görüşləri və hazırlıq prosesi sayəsində bu günə nail olduq” deyə vurğulayıb. O, həmçinin bildirib ki, bu uğurun arxasında böyük bir komandanın zəhməti dayanır və yeni layihə gələcəkdə “Sea Breeze” kompleksinin inkişafında mühüm mərhələ olacaq.

“Port d’Azur” satış ofisi artıq rəsmi şəkildə fəaliyyətə başlayıb və yaxın günlərdə burada yeni yaşayış və kommersiya layihələrinin təqdimatına start veriləcək.



Musavat.com

Seçilən
74
musavat.com

1Mənbələr