AZ

“Verona” Akpa-Akpro ilə müqavilə imzalayıb

Kot-d’İvuar millisinin yarımmüdafiəçisi Jan-Daniyel Akpa-Akpro İtaliyanın “Verona” klubuna transfer olunub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu əvvəlki klubu “Latsio” ilə müqaviləsinin bitməsindən sonra sərbəst agent statusu almışdı. Akpa-Akpro həmçinin karyerası ərzində “Tuluza”, “Salernitana”, “Empoli” və “Monza” klublarında çıxış edib. Ötən mövsümdə “Monza”nın heyətində 14 oyuna çıxan yarımmüdafiəçi məhsuldar göstəricilərlə yadda qalmayıb; zədəyə görə bir ay meydandan kənar qaldığı bildirilir.

Qeyd edək ki, 2014-cü il Dünya Çempionatında Kot-d’İvuar millisinin heyətində yer almış futbolçunun bazar dəyəri Transfermarkt portalına görə 500 min avro qiymətləndirilir.

Seçilən
104
90deqiqe.az

1Mənbələr