1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evin rəhbəri Donald Trampı enerjili insan kimi təsvir edib.
Oxu.Az xəbər verir ki, o, bunu "Fox News" telekanalına müsahibəsində Trampla işləməsi barədə təəssüratlarını bölüşərkən deyib.
Vens Trampla işlədiyi dövrdə bəzi gözlənilməz vəziyyətlərlə üzləşdiyini etiraf edib:
"Hər gün onunla işləməkdən anladığım budur: onda "söndürmə açarı" yoxdur. Bəzən prezident saat 00:30-da və ya 2-də zəng edir, sonra isə səhər saat 6-da tamam başqa bir məsələ ilə bağlı əlaqə saxlayır".