AZ

Dünya Trampın bu görüşünü gözləyir Hazırlıq başladı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Çin sədri Si Cinpin və Şimali Koreya lideri Kim Çen İnlə görüşə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.

“Tramp gələn ay Cənubi Koreyaya səfəri zamanı Si Cinpinlə görüşməyə hazırlaşır. Onun səfəri zamanı Kimlə də görüşə biləcəyi bildirilir. Ağ Ev rəhbərinin komandası sözügedən toplantı üçün səssiz hazırlığa başlayıb. Trampın gündəliyinə ticarət, müdafiə və nüvə əməkdaşlığı daxildir”, – deyə bildirilib.

Əliyar Xəlil

Globalinfo.az  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
globalinfo.az

1Mənbələr