Əməkdar artist Elza Seyidcahan yenə də qeyri-adi obrazı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi səhnəyə sarı rəngli böyük şlyapa ilə çıxıb. Şlyapanın arxa hissəsinə bənövşəyi rəngdə uzun fata bərkidilib.
Elza Seyidcahan obrazını üzünü qismən örtən simlərlə tamamlayaraq tamaşaçıların diqqətini üzərinə çəkib.