AZ

Rəşid Gezzal yenidən Lion “Olimpik”ində!

Futbol üzrə Əlcəzair yığma komandasının yarımmüdafiəçisi Rəşid Gezzal bundan sonra Lion “Olimpik”inin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, 33 yaşlı sağ vinger Fransa klubuna azad agent kimi qoşulub.

O, Liqa 1 nəhəngi ilə 1 illik (2026-cı ilin 30 iyununadək) anlaşıb.

Rəşidin sonuncu iş yeri Türkiyənin “Rizəspor” klubu olub. O, Super Liqa təmsilçisinə ötən mövsümün əvvəlində Türkiyənin digər klubu “Beşiktaş”dan azad agent kimi ayrılaraq keçmişdi. Gezzal Rizə klubunun heyətində 25 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Rəşid Gezzal daha öncə “Beşiktaş”da da 123 oyuna 17 qol vurub, 33 məhsuldar ötürmə müəllifi olub. Əlcəzair yığmasının Türkiyəyə gəlməzdən öncə “Fiorentina”, “Lester Siti” və “Monako” kimi klublarda da çıxış edib.

Lion “Olimpik”i də Gezzal üçün doğma klubdur. Əlcəzairli futbolçu məhz Lion klubunun yetirməsidir. O, vaxtilə bu klubun əsas komandasında 119 oyun keçirib, 14 qol vurub, 20 məhsuldar ötürmə verib.

Vaxtilə Fransanın U-20 yığmasında oynamış Gezzal 2015-ci ilin mart ayında Əlcəzair milli komandasında debüt matçına çıxıb. Təcrübəli oyunçu bu komandanın heyətində 22 oyuna 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı vingerin transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Seçilən
17
arena.az

1Mənbələr