AZ

Asiya Çempionatında finalçılar müəyyənləşib

Asiya Çempionatında üç gün davam edən oyunlardan sonra finalçılar bəlli olub.

Operativ media xəbər verir ki, ilk oyun günündə Qazaxıstan Honq Konqa 7:2, Pakistan Qırğızıstana 4:0, Özbəkistan isə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 1:0 hesabı ilə qalib gəlib.

İkinci gün isə Özbəkistan Qazaxıstanı 7:0, Pakistan Honq Konqu 7:0, BƏƏ isə Qırğızıstanı 5:2 hesabı ilə məğlub edib.

Nəticələrə əsasən, finalda Özbəkistan və Pakistan üz-üzə gələcək. Qazaxıstan və BƏƏ 3-cü yer uğrunda, Honq Konq və Qırğızıstan isə 5-ci yer üçün mübarizə aparacaqlar.

Turnirin həlledici oyunları yaxın günlərdə keçiriləcək.

Seçilən
28
operativmedia.az

1Mənbələr