AZ

KİV: Yaponiyanın baş naziri Siqeru İşiba istefa vermək niyyətindədir - YENİLƏNİB

Yaponiyanın baş naziri Siqeru İşiba istefa vermək niyyətindədir.

APA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat verib.

Qeyd olunur ki, o, rəhbərlik etdiyi Liberal Demokrat Partiyasında (LDP) parçalanmanın qarşısını almaq üçün belə bir qərar qəbul edib. Bazar ertəsi günü LDP-də bütün fəaliyyətdə olan deputatlar və regional partiya təşkilatlarının nümayəndələri arasında partiya sədrinin vaxtından əvvəl seçkilərinin keçirilməsi məsələsi ilə bağlı sorğunun nəticələri açıqlanmalı idi.

Xatırladaq ki, iyul ayında keçirilən parlament seçkilərində uğursuzluqdan sonra partiyada çoxları İşibanın istefasını tələb edirdi.

***

10:31

Yaponiyanın baş naziri Siqeru İşiba istefa vermək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı xəbər verir.

Seçilən
47
33
apa.az

10Mənbələr