AZ

Tramp və Si Cinpin Cənubi Koreyada görüşə bilər

ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyada keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcəyi gözlənilir.

Demokrat.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, tədbirin kuluarlarında onun Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüş ehtimalı var.

Sammit Koreya Respublikasının sədrliyi ilə 31 oktyabr – 1 noyabr tarixlərində Kyoncu şəhərində keçiriləcək.

Qeyd edilir ki, Tramp və Si Cinpin arasında görüş imkanları müzakirə olunur, lakin hələlik konkret razılıq əldə olunmayıb.

Seçilən
70
5
demokrat.az

10Mənbələr