Alimlər Avstraliyada yarasaların daşıdığı yeni virus aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
“Avstraliyada uçan tülkülər arasında yarasalar tərəfindən daşınan yeni patogen tapılıb və ona “Sol Qalli” virusu adı verilib”, - deyə məlumatda bildirilir.
Mütəxəssislər qeyd ediblər ki, virus Ümumdünya Səhiyyə Təşkilatının "prioritet patogenlər" kimi təsnif etdiyi daha iki Nipah və Hendra ilə əlaqəlidir.
Alimlər həmçinin deyiblər ki, hazırda “Solt-Qalli”nin insanlara yoluxmasına dair heç bir əlamət yoxdur.