AZ

Alimlər COVİD-19-a bənzər yeni virus aşkar ediblər

BAKI, 7 sentyabr. TELEQRAF

Avstraliyada uçan tülkülərdə (iriqanad) yarasaların daşıdığı yeni patogen aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

Salt Galli virusu adlanan patogen, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "prioritet patogenlər" kimi təsnif etdiyi Nipah və Hendra ilə əlaqəlidir.

Hazırda Salt Gully-nin insanlara yoluxa biləcəyinə dair heç bir əlamət yoxdur. Avstraliya Milli Elm Agentliyinin tədqiqatçıları vəziyyətin gələcəkdə necə inkişaf edəcəyini və ya virusun yayılmasının epidemiyalara səbəb olub-olmayacağını dəqiq deyə bilməyəcəklərini söyləyib.


Seçilən
12
teleqraf.com

1Mənbələr