Fransız pilot Pyer Qasli “Alpin”lə yeni müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Razılaşma 2028-ci il mövsümünədək nəzərdə tutulub.
Qasli 2018-ci ildən Formula-1-də əsas pilot kimi çıxış edir. Onun yeganə qələbəsi 2020-ci il sentyabrın 6-da baş tutan İtaliya Qran-prisində qeydə alınıb.