AZ

Londonda aksiya zamanı 425 nəfər saxlanılıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

London, 7 sentyabr, AZƏRTAC

Londonda qadağan edilən “Palestine Action” təşkilatına dəstək aksiyasında təxminən 425 nəfər saxlanılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, etirazçılar arasında polis əməkdaşlarına hücum edən, ictimai asayişi pozan və qadağan olunmuş təşkilata dəstək göstərən şəxslər olub. Etirazçılar polisə zərbələr vurub, müxtəlif əşyalar atıblar.

Xatırladaq ki, Britaniya hökuməti iyul ayında “Palestine Action” təşkilatını terrorçu qruplaşma elan edərək qadağan edib. Bu qərar təşkilat üzvlərinin Kral Hərbi Hava Qüvvələrinin bazasına daxil olaraq hərbi təyyarələrə ziyan vurmasından sonra qəbul edilib.

Son həftələrdə təşkilatın yüzlərlə dəstəkçisi saxlanılıb. Yalnız ötən ay bir gün ərzində 500-dən çox etirazçı, onların arasında 60 yaşdan yuxarı şəxslər də daxil olmaqla, həbs edilmişdi.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
4
azertag.az

5Mənbələr