AZ

ABŞ Karib hövzəsindəki hərbi əməliyyatları davam etdirməyə hazırdır - Tramp açıqladı

BAKI, 7 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrinin hazır vəziyyətdə olduğunu bildirib.

Teleqraf "TACC"-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri Mayk Consona və Senatın müvəqqəti prezidenti Çak Qrassliyə yazdığı məktubda deyilir.

"Hazırda hərbi əməliyyatların miqyasını və müddətini proqnozlaşdırmaq mümkün deyil. ABŞ Silahlı Qüvvələri növbəti hərbi əməliyyatlar keçirmək üçün gözləmə rejimindədir", - məktubda bildirilib.

ABŞ prezidenti sentyabrın 2-də ABŞ silahlı qüvvələrinin beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuela narkotik kartelinin 11 üzvünü məhv etdiyini bildirib.

Seçilən
23
1
teleqraf.com

2Mənbələr