AZ

Qərbi Azərbaycan Xronikası: "İrəvan xanlığının 413 unudulmuş xörəyi süfrəmizə qayıtdı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"İrəvan xanlığının qaranlıqdan çıxan ləzzət xəzinəsi" adlı buraxılışda Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov İrəvan mətbəxindən söz açıb.
O bildirib ki, 1 500 nəfərin xatirəsi ilə bərpa edilən İrəvan mətbəxi dünyada birinci olub. İrəvan xanlığının unudulmuş 413 xörəyi bərpa edilib və dirçəlişi başlayıb.
Onun sözlərinə görə, İrəvan xanlığının reseptləri əsrlərdən sonra bərpa olunub: "Fransa qraflarının nümayəndəsi İrəvan mətbəxini mükafatlandırdı. Nobel Mükafatı Muzeyində İrəvan mətbəxi haqqında kitab buraxıldı. İrəvan mətbəxi dünyanı silkələdi, birinci yer Azərbaycanın oldu. İrəvan xanlığının qaranlıqdan çıxan ləzzət xəzinəsi var. Əsrlərdən sonra danışan İrəvan reseptlərinə dünya heyran qaldı. İrəvanın itirilmiş ləzzətləri nəhayət üzə çıxdı".
T.Əmiraslanov rus dramaturqu Aleksandr Qriboyedovun İrəvandan sirli məktubuna, İrəvanın ləzzətlərinin erməni mətbəxi adı ilə necə oğurlanmasına da aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Seçilən
24
2
oxu.az

10Mənbələr