Tovuz, 7 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Hərəkətdə olan “Nissan” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobil deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər. Xilasedicilər tərəfindən deformasiyaya uğrayan “Nissan”ın sürücüsü avtomobildən çıxarılıb. Xəsarət alan sürücü təcili tibbi yarım avtomobili ilə xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.