AZ

DÇ-2026: Portuqaliya 5, Bosniya 6 cavabsız qola sevindi

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar baş tutub.

Arena.az xəbər verir ki, F, H və K qrupları çərçivəsində ümumilikdə 6 oyun keçirilib.

İngiltərə millisi evdə Andorranı qəbul edib və inamlı qələbəyə sevinib. Avstriya da doğma meydanda Kipri çətinliklə üstələyib.

Portuqaliya yığması səfərdə Ermənistanı 5 cavabsız qolla məğlub edibsə, Bosniya və Herseqovina millisi San Marinonu 6 qarşılıqsız topla yenib.

DÇ-2026-nın seçmə mərhələsi
6 sentyabr

F qrupu

Ermənistan – Portuqaliya 0:5
Qollar: J.Feliks, 10; 61. Ronaldo, 21; 46. Kanselo, 32,

İrlandiya – Macarıstan 2:2
Qollar: E.Ferquson, 49. Ayda, 90+3 – Varqa, 2. Sallai, 15.

Xal: Portuqaliya – 3. Macarıstan – 1. İrlandiya – 1. Ermənistan – 0.

H qrupu

San Marino – Bosniya və Herseqovina 0:6
Qollar: Tahiroviç, 21. Dzeko, 70; 72. Bazdar, 81. Alaybeqoviç, 85. Muyakiç, 90.

Avstriya – Kipr 1:0
Qol: Zabitser, 54-pen.

Xal: Bosniya və Herseqovina – 12. Avstriya – 9. Rumıniya – 6. Kipr – 3. San Marino – 0.

K qrupu

Latviya – Serbiya 0:1
Qol: Vlahoviç, 12.

İngiltərə – Andorra 2:0
Qollar: K.Qarsiya, 25-öz qapısına. D.Rays, 67.

Xal: İngiltərə – 12. Serbiya – 7. Albaniya – 5. Latviya – 4. Andorra – 0.

Seçilən
51
arena.az

1Mənbələr