AZ

Azərbaycan güləşçiləri beynəlxalq yarışın ilk günündə 4 medal qazanıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan güləşçiləri Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasının ilk günündə 4 medal qazanıblar.
Bu barədə Oxu.Az-a federasiyadan məlumat verilib.
"Ruh Ordo" mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışlarda ilk gündə 6 çəkidə mübarizə baş tutub. Yunan-Roma güləşçilərimizdən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıblar. Sərbəst güləşdə isə Ramik Heybətov (74 kq) üçüncü yeri tutub.
Universiadada güləş yarışlarına sentyabrın 7-də yekun vurulacaq.
Seçilən
42
oxu.az

1Mənbələr