GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Tanınmış yazıçı Azad Qaradərəli Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun ruhi-əsəb dispanserinə yerləşdirilməsi ilə bağlı öz sosial şəbəkə hesabında iddia yayıb.
Globalinfo.az yayılan iddianın doğru olub-olmadığını öyrənmək üçün ADP sədri ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Sərdar Cəlaloğlu səhhətinin qaydasında olduğunu bildirib və yayılan iddianı dezinformasiya adlandırıb:
“Hazırda evimdəyəm, hər şey qaydasındadır. Səhhətimdə heç bir problem yoxdur”, – Cəlaloğlu vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.