Tennis məşqçisi Anton Dubrov bildirib ki, dünya reytinqinin birinci raketi, belaruslu Arina Sobolenkon psixoloji çətinliklərlə üzləşdikdə 24 dəfə “Böyük Dəbilqə” qalibi serb Novak Cokoviçi nümunə götürür.
90deqiqe.Az-ın məlumatına görə, "L’Equipe" Dubrovun dediklərini belə çatdırıb.
“Ən yaxşı nümunə – Novak Cokoviçdir. Bəzən o əsəbiləşir, amma duyğularını başa düşür və oyuna, özünə fokuslana bilir. Arina ilə aralarında çox yaxşı münasibət var və o, ondan ilham alır. Bizə şans gətirib ki, ona suallar verə bilirik: bu vəziyyətdə nə edirsən, belə hallarda o nə edə bilər. O, bunların hamısından keçib. O, mövcud olan ən yaxşı müəllimdir.”