Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Ənsar Allah" hərəkatının mətbuat xidməti rəhbərinin müavini Nasruddin Amer, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin, husitlərin kimyəvi silah istehsal etməsi barədəki iddialarını təkzib edib.
Bizimyol.info xəbər verir ki, bu barədə o, mətbuata açıqlamasında bildirib.
"Bu, əsassız və yanlış ittihamlardır, heç bir sübut və fakta söykənməyən əks-təbilğat üçün istifadə edilən böhtandır. Bu ittihamları irəli sürən tərəf, nə mənəvi, nə də siyasi olaraq Yəmən xalqı ilə bağlı narahatlıq bildirməyə və ya regionda sülhün təmin edilməsi məsələlərini gündəmə gətirməyə haqqı yoxdur", – deyə hərəkatın nümayəndəsi qeyd edib.
Qeyd edək ki, daha əvvəl, Yəmənin informasiya naziri Muvəmmər əl-İryani husitlərin İran vasitəsilə qeyri-qanuni yolla gətirilmiş komponentlərdən istifadə edərək kimyəvi silah istehsalına başladığını bəyan etmişdi. Onun sözlərinə görə, Yəmən hökumətinin qiymətləndirməsi bir neçə "etibarlı mənbədən" əldə edilmiş kəşfiyyat məlumatlarına əsaslanır.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.