AZ

Maks Verstappen Formula-1-də yeni rekord qırdı

“Red Bull” pilotu Maks Verstappen İtaliya Qran-prisinin təsnifat mərhələsində yeni rekord müəyyən edib.

90deqiqe.Az-ın məlumatına görə, 1:18.792 nəticəsi ilə dövrəni tamamlayan Verstappen orta sürətini 264.682 km/saat göstərib və bu, Formula-1 tarixində yeni çempionat rekordudur.

Əvvəlki rekord da İtaliya Qran-prisində qeydə alınmışdı. Həmin rekord yeddiqat dünya çempionu Luis Hemilton tərəfindən “Mercedes” komandası ilə təyin olunmuşdu. O, təsnifat dövrəsini 1:18.887 nəticə ilə keçmiş və orta sürəti 264.362 km/saat olmuşdu.

Qeyd edək ki, start sıralamasının birinci sətrində Verstappenə “MakLaren” pilotu Lando Norris də qoşulacaq. Maraqlıdır ki, Norris də Hemiltonun əvvəlki rekordunu keçməyi bacarıb.

Seçilən
17
90deqiqe.az

1Mənbələr