AZ

Səbail rayonunda dənizdə meyit aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
5
17
missiya.az

10Mənbələr