Azərbaycan Qətərin "Power International Holding" şirkəti ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirir.
"Aznews.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
M.Cabbarov Qətər-ə səfəri çərçivəsində "Power International Holding" şirkətinin prezidenti və baş icraçı direktoru Mutaz Al-Xayyat ilə görüşüb.