Andre Onana karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" və "Trabzonspor" klubları arasında şifahi razılıq əldə edilib. Onana icarə əsasında Trabzon təmsilçisinə transfer olunacaq.
Son qərar qolkiper tərəfindən veriləcək. Hazırda klublar futbolçunun cavabını gözləyir.