Kişi basketbolçulardan ibarət Türkiyə millisi Avropa çempionatının 1/4 finalına yüksəlib.
Publika.az xəbər verir ki, yığma 1/8 finalda İsveçi məğlub edib.
Qalib komandanın heyətində Alperen Şengün 24 xal, 16 ribaund, Cedi Osman 17 xal, Ercan Osmani 14 xal, 9 ribaundla yadda qalıb.
İsveçdə isə Hakanson 16, Larsson və Qaddefors hərəyə 15 xal toplayıb.