Bakı. Trend:
Avstraliyanın Sidney şəhərinin sahillərində köpəkbalığı 57 yaşlıtəcrübəli sörfçü Merkuri Psillakisa hücum edib.
Trend xəbər verirki, bu barədə The Sydney Morning Herald nəşri məlumat yayıb.
Hadisə nəticəsində idmançının hər iki ayağı qopub və o, sudahəyatını itirib. Cəsədi digər sörfçülər sahilə çıxarıb.
Hadisə sentyabrın 6-da yerli vaxtla saat 10:00-da (Bakı vaxtıilə 04:00-da) Lonq-Rif çimərliyi yaxınlığında baş verib.
Polisin açıqlamasına görə, Psillakis dostları ilə birlikdəsahildən təxminən 100 metr məsafədə sörfinqlə məşğul olarkən qəfilköpəkbalığının hücumuna məruz qalıb. Yırtıcı əvvəlcə sörfinqtaxtasını parçalayıb, daha sonra isə idmançının ayaqlarınıqoparıb.
Mərhumun həyat yoldaşı və kiçik qızı qalıb. Polis hadisə yerindəidmançının bədən hissələrinin axtarışını davam etdirir.