AZ

Osaka: Bu mənim ən çox sevdiyim "US Open" idi

Dördqat "Böyük Dəbilqə" turnirləri çempionu yapon tennisçi Naomi Osaka "US Open 2025"in nəticələri ilə bağlı paylaşım edib.

İdman.biz bildirir ki, Osaka sosial şəbəkədəki səhifəsində yazıb: "Düşünürəm ki, bu, mənim indiyə qədər oynadığım ən sevimli US Open turniri idi. Çox əyləncəli idi, xatirələri ürəyimdə saxlayacağam. Gələn il görüşərik, Nyu-Yorkda".

Osaka yarımfinalda amerikalı Amanda Anisimovaya 7:6 (7:4), 6:7 (3:7), 3:6 hesabı ilə uduzub.

Belaruslu Arina Sabalenka və Anisimova arasında "US Open 2025"in final oyunu sentyabrın 6-dan 7-nə keçən gecə keçiriləcək,. Turnirin hazırkı çempionu Arina Sabalenkadır.

İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr