AZ

Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır

Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır və yaxın vaxtlarda növbəti mərhələlər həyata keçiriləcək.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

O bildirib ki, Ukrayna əsirlərin azad olunması üçün maksimum səylər göstərir:

“İstanbulda əldə olunmuş razılaşmaların həyata keçirilməsi davam edir və artıq şərti olaraq adlandırılan "üçüncü İstanbul" razılaşmasının icrasına da başlanılıb. Bununla yanaşı, planlı mübadilələr də davam edir”.

Yusov qeyd edib ki, müharibə ərzində 68 əsir mübadiləsi baş tutub:

“Bu yalnız planlaşdırılmır, artıq hazırlanır. Yaxın gələcəkdə mütləq yeni mübadilə mərhələləri olacaq”.

Seçilən
0
14
sitat.info

10Mənbələr