AZ

Əfqanıstandakı zəlzələdə kişilər qadınlarakömək etmədi

Əfqanıstanda baş verən güclü zəlzələdən sonra qadınlar yardım ala bilməyib. 

Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Buna səbəb kimi “Taliban” hökumətinin qaydaları, həm də ölkədəki ənənəvi sosial normalar göstərilir.

Məlumatda qeyd olunur ki, qadınlara yad kişilərin toxunması qadağan edildiyi üçün xilasetmə əməliyyatlarında yalnız kişilərə yardım göstərilib. Qadınların bəziləri isə dağıntılar altında qalıb və ancaq qadın xilasedicilərin, yaxud yaxın kişi qohumlarının köməyini gözləməli olublar.

Nəticədə çox sayda qadın ilkin tibbi yardımdan məhrum qalıb, bəziləri isə dağıntılar altında həlak olub.

Xatırladaq ki, 31 avqustdan 1 sentyabra keçən gecə Əfqanıstanın şərqində güclü yeraltı təkanlar qeydə alınıb. Rəsmi açıqlamaya görə, 4 sentyabr etibarilə ölənlərin sayı 2,2 mini ötüb, 3,6 mindən çox insan isə yaralanıb.

Seçilən
1
3
redaktor.az

10Mənbələr