AZ

Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar-Fotofakt

[center][/center]Redaksiyamıza daxil olan məlumata görə, vətəndaş Bilgəhdə yerləşən “Happy Days” restoranında müştəri hüquqlarının pozulduğunu iddia edir. Onun sözlərinə görə, dostları ilə birlikdə restoranda sifariş verdikləri zaman gözlənilməz vəziyyətlə qarşılaşıblar.[center]Bilgəhdə[/center]Şikayətçi qeyd edir ki, onlar menyudan 1 ədəd, 4 AZN dəyərində “Natura” şirəsi sifariş ediblər. Lakin hesab təqdim olunduqda, şirə üçün 4 ədəd vurulduğu aşkar edilib. Məsələ ofisiantla müzakirə edilən zaman isə, ona “stəkan başına 4 AZN hesablandığı” bildirilib.Müştərinin iddiasına görə, sifariş zamanı bu barədə heç bir məlumat verilməyib və menyuda da bu barədə xüsusi qeydə rast gəlinməyib.Ümid edirik müvafiq orqanlar məsələ ilə bağlı tədbir görəcəklər.Patrul.az[center][/center]

Seçilən
1
1
yenisoz.az

2Mənbələr