BAKI, 6 sentyabr. TELEQRAF
“Avropa İttifaqı (Aİ) ölkələri hər gün tarixi yenidən yazaraq özlərini məhv etmək yoluna qədəm qoyublar”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Rusiya rəsmisi bildirib ki, İkinci Dünya müharibəsində qələbə ilə əlaqədar keçirilən paradlarda iştirak etməyən Aİ ölkələri bununla dərin xalqlar olmadıqlarını ifşa ediblər.
“Hər gün tarixi yenidən yazırlar. Bunu - bu siyasəti davam etdirsələr, özlərini məhv edəcəklər. Bu, fizika və ya kimyanın aşkar, elmi cəhətdən sübut edilmiş qanunlarını rədd etməklə eynidir. Tarix bir elmdir. Təsdiqlənmiş faktları, öyrənilməli olan dərsləri ehtiva edir. Qanunların pozulması kədərli nəticələrə gətirib çıxarır. 85 il əvvəl bir dəfə sərhədi keçiblər. İndi eyni şeyə qayıtsalar, özlərini daxildən məhv edəcəklər”, - Zaxarova vurğulayıb.