AZ

Avropa İttifaqının liderləri bunu dayandırmalıdır

Avropa öz qitəsini bərbad hala salıb və buna görə də Avropa İttifaqının liderləri insan haqları və demokratik dəyərlərə müraciət etməyi dayandırmalıdır.

Publika.az TAAS-a istinadən xəbər verir ki, belə bir təkliflə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

"Onlar öz qitələrini alt-üst etdilər. Bu, faktdır", - deyə Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, indi Asiya, Afrika və Latın Amerikası ölkələrinin nümayəndələri Avropaya öz regionunda vəziyyətin həlli yollarını təklif edirlər. Əvvəllər Avropa ölkələri onlara demokratik dəyərləri təbliğ edir, insan haqlarına hörmət etməyi öyrədirdilər. Zaxarovanın fikrincə, bu, özünü qızıl milyard, müstəsna və sivil hesab edənlər üçün mütləq fiaskodur.

Seçilən
127
publika.az

1Mənbələr