Yeni Sabah
Axtar...
Azərbaycanda saxlanılan məmura hökm oxundu
Azərbaycanda saxlanılan məmura hökm oxundu
Kriminal
06 Sentyabr 2025 15:14 17
Füzuli Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz şəhər bazasında bölmə rəhbəri vəzifəsində işləyən 30 yaşlı Samir Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hurriyyet.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.
Xatırladaq ki, hadisə ötən il dekabrın 9-da rayonun Arayatlı kəndi ərazisində baş verib. S.Qəhrəmanovun idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında yuxulayıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində S.Qəhrəmanov və avtomobildə olan ANAMA əməkdaşları - 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə və 1990-ci il təvəllüdlü Mustafa Qasımov xəsarətlərlə xəstəxanaya yerləşdirilsələr də, sonrada M.Qasımov orada ölüb.