AZ

KTMT-də çaxnaşma: Fırıldaqçılar görün nə edib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) rəhbərliyinin əks olunduğu saxta videolarla bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda qeyd olunub.

“Fırıldaqçılar KTMT-nin baş katibinin rəqəmsal dublunun yaradaraq qeyri-qanuni pul köçürməsini xahiş etdiyini göstərən videolar hazırlayırlar”, - təşkilatın bəyanatında deyilir.

Xüsusilə vurğulanır ki, KTMT rəhbərliyi heç bir halda maliyyə əməliyyatları ilə bağlı sorğuları qeydə almır. Bundan əlavə, KTMT vətəndaşlardan heç bir linkə daxil olmamağı, heç bir yerdə qeydiyyatdan keçməməyi və şübhəli proqramları yükləməməyi xahiş edərək, bütün rəsmi məlumatların yalnız KTMT-nin saytında və rəsmi resurslarında dərc olunduğunu xatırladıb.

Seçilən
89
publika.az

1Mənbələr