AZ

ABŞ-dən Yunanıstana pis, Türkiyəyə xoş xəbər

BAKI, 6 sentyabr. TELEQRAF

Yunanıstanın ABŞ-dən gözlədiyi F-35 döyüş təyyarələrinin tədarükü ən azı altı il gecikəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr bildirilib ki, 2029-cu ildə təhvil verilməsi gözlənilən F-35-lər 2031-ci ildən əvvəl göndərilməyəcək.

ABŞ Müdafiə Nazirliyinin audit hesabatı beşinci nəsil döyüş təyyarələrinin “Blok 4” versiyasına keçidinin ən azı 2031-ci ilə qədər tamamlanmayacağını üzə çıxarıb.

“Yunanların sakit şəkildə qəbul etmək məcburiyyətində qaldığı gecikmə Afinanın hava üstünlüyü planlarını ciddi şəkildə sarsıdıb. Əvvəllər 2029-cu ildə təhvil verilməsi gözlənilən təkmilləşdirilmiş modellər 2031-ci ilə qədər Yunanıstana təhvil verilməyəcək”, - məlumatda qeyd edilib.

Həmçinin mənbə ABŞ-dən Türkiyəyə F-16 döyüş təyyarələrinin təkmilləşdirilmiş versiyalarının tədarükü prosesinin sürətlə davam etdiyini bildirib:

“Son gəlişmələr Türkiyənin yerli müdafiə layihələri və F-16V modernizasiya proqramının inkişafı ilə eyni vaxtda baş verib. Ankara milli döyüş təyyarəsi olan KAAN-ın sınaqları ilə irəliləyir və ABŞ-dən təsdiq alan F-16 modernləşdirmə proqramı ilə hava qüvvələrini gücləndirməyə davam edir.

Hələ inventarlaşdırılmamış F-35-lər üçün xeyli büdcə ayırmasına baxmayaraq, Yunanıstan ən azı altı il daha bu təyyarələri ala bilməyəcək”.

Seçilən
249
teleqraf.com

1Mənbələr