AZ

İranda etirazçının edamı: Onu təhlükəsizlik işçisinin qətlində ittiham ediblər

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranda 2022-ci ildəki kütləvi etirazlar zamanı təhlükəsizlik orqanlarının əməkdaşlarına hücum etməkdə şübhəli bilinən bir etirazçı edam edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Mizan" agentliyi məlumat yayıb.

Bu gün, 6 sentyabr, Mehran Bəhramiannanın edam hökmü icra olunub. O, digər şəxslərlə birlikdə İsfahan əyalətinin Səmiran şəhərində təhlükəsizlik qüvvələrinin avtomobilinə atəş açmaqda ittiham olunub. Hücum nəticəsində polis əməkdaşı Məhəmməd Rəzayi həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Hadisə 2022-ci ilin 31 dekabrında, İranda kürd qızı Məhsa Əmininin hicab qaydalarını pozduğu üçün saxlanıldıqdan və polis idarəsində döyülərək ölməsindən sonra başalyan geniş etirazlar fonunda baş verib.

Bəhramiannın hökmü İsfahanın İnqilab Məhkəməsi tərəfindən verilib, daha sonra ölkənin Ali Məhkəməsi tərəfindən təsdiq olunub.

Hüquq müdafiə təşkilatları əvvəllər İrana qarşı etirazçılara verilən ölüm hökmlərinin sürətlə və beynəlxalq ədalət prinsiplərinə uyğun olmadan icra edildiyini bildirmişdilər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
bizimyol.info

1Mənbələr